
Bal aşağıdakı xəstəliklər üçün istifadə oluna bilir
Yara, dəri və göz xəstəlikləri: Yaraların üzərinə bağlanmış ballı sarğı qan dövranını yaxşılaşdırır, yaranı mexaniki təmizləyən limfanın yayılmasını gücləndirir və hüceyrələrin qidası üçün gözəl zəmin yaradır.
Tənəffüs yollarının müalicəsində: Yuxarı tənəffüs yollarının və ağız boşluğu xəstəliklərində 5 – 6 dəfə gündə ağız boşluğunda saxlamaqla müalicə etmək olar. Vərəm xəstəliyində də balın südlə qarışığının istifadəsi effektli təsir göstərir.
Mədə-bağırsaq xəstəlikləri: Mədə, on iki bağırsaq yarası, qaraciyər xəstəliklərinin müalicəsində balın gözəl təsiri var. Yeməkdən əvvəl qəbul olunmuş bal məhlulu (1 yemək qaşığı bal 1 stəkan suya) turşuluğu çox olan mədə şirəsinin ifraz olunmasını gücləndirir. Əgər yeməkdən 1.5 – 2 saat qabaq isti bal məhlulu qəbul olunsa mədə şirəsənin turşuluğu aşağı düşür.
Ürək damar sistemi xəstəlikləri: Alimlərin qeyd etdiyinə görə, tərkibindəki bol enerji materialı olan qlükozanın sayəsində balın ürək əzələlərinə gözəl təsiri var. Davamlı olaraq gündə 100 q balın qəbulu ürək fəaliyyətini stabilləşdirir və ümumi vəziyyəti də yaxşılaşdırır. Qan təzyiqinin normallaşması, ürək sahəsində yorğunluğun və ağrıların azalması, yuxunun normallaşması, ümumi əhval ruhiyyənin və həyat tonusunun yüksəlməsi balın sayəsində əldə olunur. Çoxlu dozada balın qəbulu ürək çatışmamazlığı olan xəstələrə öz təsərini göstərmişdir. Təbabətdə zəifləmiş xəstələrə sağalma dövründə başqa yüksək kalorili məhsullarla birgə balı da məsləhət görürlər.
- Revmatizm xəstəlikləri
- Qeyri-spesifik infeksion poliartritlər
- Deformasiya edən spondiloartroz
- Periferik sinir sistemi xəstəlikləri
- Trofik xoralar və süst qranulyasiya yaraları
- Cərrahiyyə damar xəstəlikləri
- İltihablı infiltratlar
- Bronxial astma
- Miqren
- Birinci və ikinci mərhələli hipertoniya xəstəliyi
- İritlər və iridosiklitlər

- stressə qarşı davamlılığı artırır
- immun sistemini stimullaşdırır
- radiasiyaya davamlılığı artırır
- qaraciyər toxumasının funksiyalarını bərpa edir
- qanın laxtalanmasını bir qədər azaldır
- qanda xolesterinin miqdarını azaldır
- qan-damar sisteminin işini yaxşılaşdırır
- həzm prosesini normallaşdırır
- orqanizmin müxtəlif xarici faktorlara müqavimətini artırır
- fiziki və əqli iş qabiliyyətini artırır
- dərinin vəziyyətini yaxşılaşdırır və cavanlaşdırır

İstifadə qaydası və dozası
Çiçək tozu profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün gündə 8-10 qram məsləhət görülür. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşmək lazımdır. Normadan artıq qəbul edildiyi zaman vitamin artıqlığı yarana bilər. Çiçək tozunu həzm olub sorulana qədər ağızda saxlamaq məsləhətdir. Çiçək tozunun yedikdən sonra su içmək məsləhət deyil, ümumiyyətlə, 15-20 dəqiqə ərzində istənilən maye qəbulundan imtina etmək lazımdır.
- 3 yaşından 5 yaşına uşaqlara qədər gündə 12 qram (2 xörək qaşığı);
- 6 yaşından 12 yaşına qədər gündə 16 qram (3 xörək qaşığı);
- Böyüklər gündə 20 qram (4 xörək qaşığı);
- Bəzi xüsusi vəziyyətlərdə gündə 35 qramlıq doza ilə “yüksək” dərəcədə istifadə oluna bilər.
Çiçək tozunun və güləmin fizioloji dəyəri, unikallığı digər müalicə vasitələrinin aciz olduğu hallarda, o cümlədən, xərçəng xəstəliyinin müalicəsində belə onun tətbiqinin bəzən effektiv olması faktı ilə təsdiq olunur. Saçların yuyulmasında da çiçək tozundan istifadə etmək olar. Bir stəkan suda həll edilən 1 ç.q. çiçək tozu başda kəpəyin əmələ gəlməsinin qarşısını alır, saçları parlaq və ipək kimi edir.
İnsan orqanizminə təsiri:
Antivirus, antibakterial, biostimullaşdırıcı (uşaqların böyüməsini situmullaşdırır) təsir göstərir, yaddaşı artırır, qocalmanı ləngidir, qan təzyiqini normallaşdırır, ürəyin funksiyasını və qan dövranını yaxşılaşdırır, həzm orqanlarının işini yaxşılaşdırır, endokrin (o cümlədən, cinsiyyət) vəzilərinin funksiyasını stimullaşdırır.



