Arı şanı

Müəssisəmizdə strelizə edilmiş, saf mumdan hazırlanmış arı şanı incə və qalın olaraq istehsal olunur.

Arıların intensiv şan hörmə dövründən səmərəli istifadə edilməlidir ki, şan hörən arılar işsiz qalmasınlar. Bunun üçün pətəkdə olan köhnə, qaralmış, düzgün hörülməmiş şanları ya yeni hörülmüş, ya da  hörülməmiş süni şanla əvəz etmək lazımdır.

Süni şan nədir?

Süni şan, xüsusi şan maşınlarında və ya qəliblərində saf bal mumundan hazırlanır.

Bir pətək üçün nə qədər süni şan lazımdır?

Süni şanlar çəki olaraq satılır. Çəkiyə gedən say onun ölçülərindən, qalın –incəliyindən asılı olaraq dəyişir. Ölkəmizdə süni şan iki ölçüdə: dadant (41×26) və lonqstrot (41×21) olaraq istehsal olunur. Arıçı da bir pətəyə gedəcək süni şanın sayını bu ölçülərə uyğun hesablamalıdır.

Süni şanın hansı üstünlükləri var?

Arıçının  süni şandan istifadəsi zamanı çərçivələrə süni şan bərkidildiyindən arıların şanı toxuması asanlaşır
Hər cür qulluq, müayinə, profilaktik tədbirlər həyata keçirilə bilir
Bal yığımı dövründə də bu çərçivələr asanlıqla çıxarıla və təkrar istifadə oluna bilir
Прокрутить вверх